Zəfər Bağlarının Füzuli rayonunda yerləşən bağlarında yeni mövsümə hazırlıq işləri tamamlanıb. Hazırlıq proqramı çərçivəsində torpağa qulluq, suvarma sistemlərinin yoxlanılması və bağ sahələrinin ümumi vəziyyətinin qiymətləndirilməsi həyata keçirilib.
Mövsümöncəsi tədbirlər nar ağaclarının sağlam inkişafı və vegetasiya dövrünün planlı şəkildə idarə olunması üçün mühüm əhəmiyyət daşıyır. Aqronomik müşahidələr əsasında bağın müxtəlif sahələri üzrə tələb olunan qulluq tədbirləri müəyyənləşdirilir.
Bağlarda işlərin mərhələli şəkildə təşkil olunması həm məhsul keyfiyyətinin qorunmasına, həm də resurslardan daha səmərəli istifadəyə imkan verir.
Zəfər Bağları Füzuli və Qarabağın digər ərazilərində yerləşən bağlarında davamlı kənd təsərrüfatı yanaşmalarını tətbiq etməklə növbəti məhsul mövsümünə hazırlaşır.