Zəfər Bağlarında potensial distribütor və korporativ alıcıların iştirakı ilə B2B tərəfdaşlıq görüşü keçirilib. Görüş zamanı şirkətin məhsul portfeli, istehsal imkanları və ixrac istiqamətləri barədə məlumat təqdim olunub.
Müzakirələrdə distribusiya əməkdaşlığı, məhsulların müxtəlif bazarlar üçün qablaşdırılması, logistika modelləri və uzunmüddətli təchizat imkanları əsas mövzular sırasında yer alıb.
Zəfər Bağları B2B əməkdaşlıq modelində tərəfdaşların bazar xüsusiyyətlərini və kommersiya tələblərini nəzərə alaraq çevik yanaşmanın qurulmasına önəm verir. Məqsəd hər iki tərəf üçün davamlı və uzunmüddətli əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Şirkət potensial distribütorlar, ixracatçılar və korporativ alıcılarla yeni görüşlərin keçirilməsini və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsini davam etdirəcək.